Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov 

13:24 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaksinasiyada ümumi icbarilik nəzərdə tutulmayıb.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, sadəcə müəyyən sahələrdə icbarilik var:

"Vətəndaş vaksin vurdurmağa məcbur deyil. Amma bir çox sahələrdə bu, var. Məsələn, həkimlər. Onlar bilavasitə qırmızı zonada olduqlarından, onların vaksinasiyasında icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb".